"YouTube" TikTok-a meydan oxudu!
    • 18-02-2024, 11:30
    • 267

"YouTube" TikTok-a meydan oxudu!

Sürətlə böyümək istəyən "YouTube" kanalları üçün "Shorts" bölməsi çox vacib hala gəlib. 60 saniyədən qısa videolarla böyük auditoriyaya çata bilən kanallar qısa zamanda böyük abunəçi sayına və sponsorluq gəlirlərinə çatır.

News24.az xəbər verir ki, "YouTube Shorts" bölməsi üçün yeniləmə təqdim edir. Bu yeniləmə ilə gələcək yeni xüsusiyyətlərlə bu sahədə qabaqcıl olan "TikTok" tətbiqinə böyük zərbə vurmaq hədəflənir. İstifadəçilər indi sevimli musiqilərini remiks edə və onu dərc etdikləri "Shorts" məzmununa uyğunlaşdıra biləcəklər. Onlar "Collab, Sound, Green Screen və Cut" kimi alətlərlə musiqi videolarının sevimli hissələrini çəkə və öz məzmunlarında istifadə edə biləcəklər. Hətta bu böyük yeniliyin TikTok üçün həyəcan təbili olduğunu iddia edənlər də var.

İlk dəfə "TikTok" tərəfindən populyarlaşan və daha sonra "YouTube" platforması tərəfindən ələ keçirilən "Shorts" formatının bu populyarlığı iki şirkət arasında böyük rəqabətə səbəb olub.

Günel Məlikzadə