Məşhur astroloqun meyiti tapıldı
    • 18-02-2024, 14:32
    • 8 573

Məşhur astroloqun meyiti tapıldı

Moskva otellərindən birində məşhur astroloq Aleksandr Kolesnikovun meyiti tapılıb. 

News24.az Lent.az-a istinadən bildirir ki, meyiti "Kiyevskaya" otelinin otağında tapılan 62 yaşlı astroloqun ölüm səbəbi hələ ki, məlum deyil.

Aleksandr Kolesnikov ezoterizmlə bağlı bir sıra məqalələrin, proqramların və kitabların müəllifidir, təxminən 30 ildir astrologiyanı öyrənir və öyrədirdi.