Azərbaycanda ağır qəza - xəsarət alanlar var
    • 18-02-2024, 18:27
    • 149

Azərbaycanda ağır qəza - xəsarət alanlar var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.

News24.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2103" markalı minik avtomobilinin sürücüsü, Şamaxı rayon sakini Şirinov Arif Hacısoltan oğlu Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini Abdullayev Nəriman Sərdar oğlunun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb.

Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.