Kürdəmirdə ağır yol qəzası: Ölən var
    • 25-10-2023, 10:17
    • 276

Kürdəmirdə ağır yol qəzası: Ölən var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

News24.az  xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.