"Səbail" "Sumqayıt"ı məğlub edib
    • 18-04-2019, 18:43
    • 1 126

"Səbail" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. 

News24.az
"Report"-a istinadən məlumat verir ki, açılış matçı Sumqayıtda şəhərin eyniadlı komandası ilə "Səbail" arasında keçirilib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçda hesab 13-cü dəqiqədə açılıb. "Sumqayıt"ın hücumçusu Peyman Babayi uzaq məsafədən baxımlı qola imza atıb. 52-ci dəqiqədə "Səbail" tarazlığı bərpa edib. Ağabala Ramazanov bərabərlik qolunu vurub. Qoldan 6 dəqiqə sonra qonaqların heyətində Tome Kitanovski hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə isə Oke Akpoveta əks-hücumu qolla tamamlayıb. Beləliklə, xallarını 38-ə çatdıran "Səbail" 3-cü pillədə möhkəmlənib. "Sumqayıt" isə 20 xalla 7-ci pillədə qalıb. 

Qeyd edək ki, günün digər matçında "Qarabağ" və "Keşlə" komandaları qarşılaşacaq. Tura aprelin 19-da keçiriləcək "Qəbələ" - "Zirə" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.