-
- 19-02-2024, 16:58
- 180
Avtomobilin vurduğu 16 yaşlı Rəqsanənin FOTOSU
Fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndi ərazisində “Vaz 2107” markalı avtomobil 2 qadını vurub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, qəzada ağır yaralanan piyadalardan 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın vəziyyəti ağırdır. Bir neçə il əvvəl atasını itirmiş Rəqsanə xəstəxanaya yerləşdirilib və onun əməliyyatı üçün pul toplanmasına başlanılıb.
Qeyd edək ki, hadisə vaxtı Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ 2107" ilə hərəkətdə olan zaman iki piyadanı vurub. Onlardan biri 1975-ci il təvəllüdlü Elmira Şıxlinski, digəri isə 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır. Hər ikisi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. E.Şıxlınski müəllim, R.Məmmədova isə orta məktəbin 11-ci sinif şagirdidir.