Leyen yeniden  namizədliyini irəli sürdü
    • 19-02-2024, 17:05
    • 164

Leyen yeniden namizədliyini irəli sürdü

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyini irəli sürdüyünü təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə Xristian Demokrat İttifaqının (CDU) mətbuat konfransında bildirib.

“Beş il sonra şüurlu və düşünülmüş qərar verərək, ikinci müddətə namizəd olmaq istəyirəm”, - deyə Leyen söyləyib.

Fon der Leyen qarşıdan gələn Aİ seçkilərində onu bu vəzifəyə namizəd kimi irəli sürmək qərarına görə CDU partiyasına təşəkkür edib.

Mehriban Mirzəzadə