-
- 8-11-2023, 17:02
- 230
SON DƏQİQƏ! Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə etdi
Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edib.
News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa komissarı Oliver Varhey mətbuat konfransında bildiriblər.
"Biz Gürcüstanın Avropa istəyini, Gürcüstan vətəndaşlarının Avropa seçimini tam dəstəkləyirik, bu istəklər həqiqətən də hakimiyyət tərəfindən nəzərə alınmalıdır. Onlar müxalifət və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığa başlamalıdırlar. Keçmişdə verilən 12 tövsiyə ilə bağlı komissiya müsbət addımların atıldığını vurğulayır. Müxalifətə gəlincə, onlar parlament proseslərində çox fəal iştirak edirlər. De-oliqarxizasiya ilə bağlı antikorrupsiya şurası yaradılıb. Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verəcək və biz bütün bunların nə qədər vacib olduğunu anlayırıq”,-deyə Ursula fon der Leyen vurğulayıb.
Məlumat üçün bildirək ki, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı yekun siyasi qərarı Avropa İttifaqının 27 üzv dövləti dekabr ayında tam razılıq əsasında qəbul etməlidir.
Aynurə