The Penguin-dan gözlənilən xəbər gəldi
    • 19-02-2024, 18:02
    • 167

The Penguin-dan gözlənilən xəbər gəldi

2022-ci ilin "The Batman" filmi son illərin ən uğurlu superqəhrəman filmlərindən birinə çevrilsə də, eyni zamanda tamamilə yeni bir seriyaya başladı. Müstəqil olaraq və James Gunn-ın rəhbərlik etdiyi yeni "DC Cinematic Universe" ilə birlikdə inkişaf edəcək bu serial təkcə davam filmləri ilə deyil, həm də yan layihələrlə böyüyəcək. Bu yan layihələrdən birincisi "HBO Max" (hazırda MAX kimi tanınır) platformasında tamaşaçılarla görüşəcək "The Penguin" seriyası olacaq.

News24.az xəbər verir ki, "The Batman" filmində Pinqvin obrazını canlandıran Kolin Farrelin baş rolda oynadığı "Pinqvin" serialı tamaşaçıların ixtiyarına verilməyə bir addım daha yaxındır. Hollivudda tətillər səbəbindən yarımçıq qalan serialın çəkilişləri nəhayət tamamlanıb. “Emmi” mükafatı laureatı prodüser-dizayner Kalina İvanovun “Instagram”dakı paylaşımından məlum olub ki, çəkilişlər dünən başa çatıb.

Qeyd edək ki, “Batman” filminin direktoru Mett Rivz “Pinqvin” serialının icraçı prodüseridir. Serialın aktyor heyətinə Colin Farrell, Cristin Milioti, Michael Zegen, Clancy Brown, Michael Kelly, Carmen Ejogo və Emily Meade daxildir.

"The Penguin" üçün hələ dəqiq bir çıxış tarixi açıqlanmasa da, MAX-ın bu yaxınlarda yayımladığı 2024 tanıtım videosunda Pinqvini də yer alması serialın bu il ekranda olacağını göstərir.

Günel Məlikzadə