Yeniyetməni alçaldan məktəbli ilə bağlı AÇIQLAMA - ÖZƏL
    • 20-02-2024, 11:12
    • 606

Yeniyetməni alçaldan məktəbli ilə bağlı AÇIQLAMA - ÖZƏL

Hadisə yanvarın 17-si məktəbdən və dərsdən kənar bir vaxtda baş verib. Biz bu hadisədən fevralın 14-də xəbərdar olmuşuq. Məlumat aldıqdan sonra valideyinin şagirdi ilə əlaqə saxlanılıb, məktəbə dəvət olunub, psixoloq şagirdlə söhbət aparıb. 

Bu sözləri News24.az-a açıqlamasında  156 saylı məktəbin direktoru Gülər İsmayılova deyib. 

O, bəzi məqamlara da aydınlıq gətirib:

“Bir məsələni nəzərinizə çatdırım ki, görüntülərdə olan şagirdlərdən yalnız bir nəfər hadisəni törətmiş şagird bizim məktəbin şagirdidir. Digər məktəblilər isə bizim məktəbin şagirdləri deyil.  Bununla bağlı ətraflı məlumatı hüquq mühafizə orqanları məşqul olur, araşdırma aparır. Şagirdin dərslərdə nəticələri ortadır. Zəif oxuyan şagird deyil. Oxuduğu illərdə məktəb daxilində digər sinif yoldaşlarına və digərlərinə qarşı heç bir zoraklıq tətbiq etməyib. Həmin şagird hazırda 11-ci sinifdə oxuyur".

Direktor qeyd edib ki, söhbət əsnasında, şagird zarafat etdiyini bildirib:

"Şagird etdiyi bu zarafatdan peşman olduğunu qeyd etdi. Yenə də qeyd edirəm, həmin şagirdlə bağlı məktəbdə heç bir neqativ hal baş verməyib. Nə sinif yoldaşlarına qarşı, nə də digər şagirdlərə qarşı. Uşağın bu məktəbdə oxuyacağına isə aidiyyatı qurumlar və orqanlar cavab qərar verəcək. Şagird hazırda məktəbdə deyil. Bizdə olan məlumata əsasən, polis məsələdən agahdır və öz araşdırmasını aparır. 14 fevralda qarşı tərəf məsələ ilə bağlı polisə müraciət edib. Amma bu haqqda bizə heç bir məlumat daxil olmayıb".

Qumral