-
- 20-02-2024, 12:51
- 171
"Torpaqlarımızda ABŞ-ın nüvə silahına ehtiyac yoxdur"
Orpo Polşada nəşr olunan “Rzeczpospolita” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
News24.az xəbər verir ki, Baş nazir Orpo ABŞ-ın nüvə silahını ölkə ərazisində qəbul edib-etməyəcəkləri ilə bağlı sualı belə cavablandırıb:
“Buna ehtiyac yoxdur, çünki NATO artıq nüvə silahlarının qarşısının alınmasını təmin edir”.
Qeyd edək ki, 4 aprel 2023-cü ildə NATO-nun 31-ci üzvü kimi Alyansa daxil olan Finlandiya 2023-cü ilin dekabrında ABŞ ilə “Müdafiə sahəsində əməkdaşlıq sazişi” imzalayıb.
ABŞ-ın dövlət katibi Antoni Blinken bu sazişin ABŞ-ın transatlantik təhlükəsizliyi gücləndirmək üçün hərtərəfli səylərinin son nümunəsi olduğuna diqqət çəkərək, bütün Avropa qitəsində təhlükəsizlik və sabitliyi təmin edən bir şəbəkə yaratdıqlarını qeyd edib.
Günel Məlikzadə