Amerika çip istehsalında hara gedir?
    • 20-02-2024, 16:02
    • 213

Amerika çip istehsalında hara gedir?

Bayden hökuməti çiplərin inkişafına böyük sərmayələr qoyacağını açıqlasa da, Amerika hələ ki, çip istehsalı sektorunda sabitliyə nail ola bilməyib. Son zamanlarda bir çox çip fabrikinin açılış tarixləri təxirə salınsa da, sənaye menecerləri bu vəziyyətdən çox narahat olublar. 

News24.az xəbər verir ki, çip dizaynı üzrə ixtisaslaşan "TSMC" şirkəti 2022-ci ildə Amerikanın Arizona ştatında 40 milyard dollarlıq çip fabriki açmaq üçün işə başlayacağını açıqlayıb. Bununla belə, "TSMC" fabrikin istehsalına başlanılmasını 2025-ci ilə təxirə salıb.

Bu qərara səbəb kimi rayondakı işçilərin çip fabriklərinin tikintisi ilə bağlı kifayət qədər məlumatlarının olmaması göstərilib. Lakin bu qərarda Amerika administrasiyasının kifayət qədər təşviq etməməsi və qarşıdan gələn ümumi seçkilərin də çox təsirli olduğu bildirilir.

Digər çip dizayneri "Intel" də yeni Ar-Ge fəaliyyətlərinə başlayarkən öz fabriklərində istehsal proseslərini yavaşladıb. Xüsusilə süni intellekt sistemlərində istifadə edilən çiplərin istehsalının çox mürəkkəb və bahalı bir proses olduğu məlumdur. Şirkətlər bu xərclərin müəyyən hissəsinin fəaliyyət göstərdikləri ölkənin hökuməti tərəfindən ödənilməsini tələb edirlər.

Amerika administrasiyası bu böyük xərclərin bir hissəsini qarşılamaq üçün ölkədəki çip istehsalçıları üçün 39 milyard dollarlıq təşviq paketi hazırlasa da, istehsalçılar bu dəstəyin nə qədər davam edəcəyinə şübhə ilə yanaşırlar. Bayden hökumətinin növbəti seçkilərdə uğurlu olub-olmayacağının qeyri-müəyyənliyi sektorda iğtişaşları artıran digər amil kimi göstərilir.

Bütün bu xaosun dünya üzrə çip qiymətlərinə necə təsir edəcəyi artıq texnologiya dünyasında maraq mövzusuna çevrilib. Bununla belə, bu yaxınlarda Amerika hökuməti tərəfindən çip təşviqlərinin inkişaf etmiş bir mərhələyə keçdiyi açıqlanıb. Bu açıqlamadan sonra GlobalFoundries-ə 1,5 milyard dollarlıq bir təşviq verilib ki, bu da ümidləri canlandırıb.

Günel Məlikzadə