Musk: "Beyninə çip yerləşdirilmiş şəxs.."
    • 20-02-2024, 17:17
    • 492

Musk: "Beyninə çip yerləşdirilmiş şəxs.."

İlon Maskın Neuralink şirkəti uzun müddətdir ki, beyin-kompüter interfeysi texnologiyaları üzərində işləyir. Keçən il insan beyninə çip yerləşdirən şirkət son günlər layihə ilə bağlı müsbət irəliləyiş əldə edir.

News24.az xəbər verir ki, Neuralink ilk insan klinik sınaqlarına sentyabr ayında başlayıb. Elmi fantastika filmlərini xatırladan bir ideya ilə başlayan Maskın komandası uzun müddətdir ki, beyninə Neuralink çipi yerləşdirilmiş insan üzərində işləyir.

Mask son həftələrdə beyninə Neuralink çipini yerləşdirən şəxsin səhhətinin yaxşı olduğunu açıqlayıb. Maskın "Telepatiya" adlandırdığı çip haqqında ilk məlumat paylaşılıb. Fenomen iş adamı, təcrübədə olan şəxsin sosial media platformasında "Spaces" tədbirində kompüter siçanından istifadə edə biləcəyini açıqlayıb.

“Tərəqqi yaxşıdır və xəstə bildiyimiz sinir effektləri ilə tam sağalmış kimi görünür. Xəstə yalnız düşünməklə kompüter siçanını ekranda hərəkət etdirə bilər".

Neuralink şirkəti beyin-kompüter interfeysi texnologiyaları üzərində işlədiyi üçün tez-tez gündəmdə olub. Onun əsas məqsədi insan beynini kompüterlərlə birbaşa birləşdirərək beyin və süni intellekt arasında qarşılıqlı əlaqəni təmin etməkdir. O, ilk növbədə hazırladığı implantla nevroloji xəstəlikləri müalicə edərək buna nail olmaq istəyir. 

Xatırladaq ki, keçən ilin may ayında belə bir hərəkət üçün lazımi icazələri alan Maskın komandası təxminən 6 ay idi ki, bunun üzərində işləyirdi. Şirkət əsas məqsədinin iflic xəstələri sağaltmaq yollarını axtarmaq olduğunu bildirsə də, bir çox insan bu layihəni kifayət qədər təhlükəli hesab edir.

Günel Məlikzadə