Mask insan beyninə ilk çipi yerləşdirdi
    • 30-01-2024, 07:57
    • 384

Mask insan beyninə ilk çipi yerləşdirdi

İlk dəfə olaraq insana beyin çipi yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə neyrotexnologiya şirkəti olan “Neuralink”in sahibi İlon Mask məlumat verib. 

O, “X” sosial şəbəkəsində paylaşım edərək həmin şəxsdə bərpa prosesinin yaxşı getdiyini, ilkin nəticələrin ümidverici olduğunu bildirib.

Mask, ilk “Neuralink” məhsulunun adının "Telepatiya" olduğunu açıqlayıb. 

Bu çip sayəsində telefonu, kompüteri və demək olar ki, hər hansı bir cihazı sadəcə düşünərək idarə etmək mümkündür.

İlk istifadəçilərin əzalarını istifadə etmə qabiliyyətini itirmiş insanlar olacağını qeyd edilib. 

Teymur Məmmədov