-
- 20-02-2024, 18:20
- 223
Navalnı axtarışa verildi
Cəzaçəkmə müəssisəsində ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının qardaşı Oleq Navalnı axtarışa verilib.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı O. Navalnı haqqında məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin informasiya bazasında yerləşdirilib.
Bildirilib ki, ölkənin Cəzaların İcrası üzrə Federal Xidməti onun şərti cəzasının həbslə əvəz olunması üçün Moskva şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə heyəti isə iddianın təmin olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, 2021-ci ilin avqustunda Moskva Şəhər Məhkəməsi onu karantin qaydalarını pozmaqda təqsirləndirərək, şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum edib.
Fərid Azəri