Navalnının anım mərasimində KÜTLƏVİ HƏBS
    • 19-02-2024, 13:14
    • 260

Navalnının anım mərasimində KÜTLƏVİ HƏBS

Fevralın 16-da rusiyalı dissident Aleksey Navalni həbsxanada vəfat etdikdən sonra bütün dünyada etiraz aksiyaları keçirilib. Rusiyanın bir çox müxtəlif bölgələrində anma mərasimləri keçirilib. Bu mərasimlər zamanı yüzlərlə insan saxlanılıb.

News24.az xəbər verir ki, Rusiya polisi etirazlara və mərasimlərə müdaxilə edərkən, ölkə daxilində saxlanılanların sayı 400-ü keçib. St. Sankt-Peterburqda saxlanılan 200-dən çox Navalni tərəfdarından 154-ü etiraz qanunlarını pozduqları üçün 14 günə qədər həbs cəzasına məhkum edilib.

Müstəqil media orqanları və hüquq müdafiə təşkilatları ölkənin müxtəlif şəhərlərində oxşar hökmlərin verildiyini bildiriblər.

Xatırladaq ki, Rusiya Federal Həbsxana Xidmətinin (FSIN) cümə günü verdiyi açıqlamada, 47 yaşlı Navalninin saxlandığı Yamal yarımadasındakı həbsxanada öldüyü bildirilib. Navalninin ölümü ilə bağlı verilən açıqlamada “3 saylı cəzaçəkmə müəssisəsində məhbus olan Aleksey Navalni fevralın 16-da gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Müəssisənin tibb işçiləri tez gəlib və təcili yardım çağırılıb. Reanimasiya cəhdləri nəticəsiz qalıb".

Günel Məlikzadə