-
- 21-02-2024, 10:11
- 221
XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılmasına REAKSİYA
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
News24.az bildirir ki, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır:
"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək".