-
- 21-02-2024, 10:11
- 362
“Kamilin nə zaman buraxılacağından xəbərimiz yoxdur”
Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması barədə xəbər vermişdik.
RTV idmançının son durumu barədə məlumat almaq üçün onun həyat yoldaşı, müğənni Gülay Zeynallı ilə əlaqə saxlayıb.
Müğənninin köməkçisi RTV-yə açıqlamasında bildirib ki, hazırda Kamil Zeynallının vəziyyəti yaxşıdır:
“Hər şey yaxşıdır, hər şey normaldır”.
O, “Kamil bəyin Azərbaycana nə zaman buraxılacağı barədə məlumat varmı” sualına isə “Bu barədə hələ məlumatımız yoxdur” cavabını verib.