Xaçmazda tikili yanıb
    • 19-04-2019, 10:57
    • 632

Xaçmazda tikili yanıb

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı tikilinin (arakəsmə divarları taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərsindəki əşyalar 50 m² sahədə, dam örtüyü 15 m² sahədə yanıb.

FHN-dən News24.az-a verilən məlumata görə yanğın zamanı həcmi 30 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.