Hava yenidən pisləşəcək: Qar yağacaq
    • 21-02-2024, 13:04
    • 142

Hava yenidən pisləşəcək: Qar yağacaq

Fevralın 22-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir. 

Bu barədə News24.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq. 

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.