"Klopp 1 il məşqçilik etməyəcək"
    • 21-02-2024, 20:44
    • 145

"Klopp 1 il məşqçilik etməyəcək"

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun menceri Mark Kositzke mütəxəssisin gələcək planlarından danışıb.

News24.az qol.az-a istinadla xəbər verir ki, o, Kloppun bu mövsümün sonunda komandadan ayrıldıqdan sonra 1 il işləməyəcəyini deyib: 

“Yurgen Klopp cari mövsüm bitdikdən sonra bir il ərzində heç bir klub və ya milli komandanı çalışdırmayacaq. Bu, dəyişməz olaraq qalır”.

Xatırladaq ki, Kloppun "Bavariya"dan istefaya göndəriləcək Tomas Tuheli əvəzləyəcəyi haqda xəbərlər dəyayılmışdı.