Azərbaycanda uşaqlara qoyulan COĞRAFİ ADLAR
    • 21-02-2024, 21:00
    • 268

Azərbaycanda uşaqlara qoyulan COĞRAFİ ADLAR

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar açıqlanıb. 

Ötən il 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adları verilib.

News24.az xəbər verir ki, bundan əlavə, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub.

Ötən il, həmçinin 263 uşağa Günəş adı verilib.

Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adları qoyulub.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.