Temperatur mənfi 52-yə düşdü
    • 21-02-2024, 18:45
    • 163

Temperatur mənfi 52-yə düşdü

Çinin şimal-qərbində havanın temperaturu mənfi 52 dərəcəyə enib, həyat iflic olub.

News24.az xəbər verir ki, dünyanın hər yerində havanın temperaturu mövsüm normalarından yüksək olsa da, Şərqi Türküstandan gələn görüntülər heyrət doğurub. Çinin şimal-qərbində yerləşən bölgədə havanın temperaturu mənfi 52 dərəcəyə düşüb. 

Temperaturun qəfil enməsinin təsirinə məruz qalan minlərlə quş tələf olub. Donmuş gölə düşən quşlar saniyələr ərzində ölüb. 

Günel Məlikzadə