Körpü uçdu, ölənlər var
    • 21-02-2024, 19:00
    • 210

Körpü uçdu, ölənlər var

Niderlandın Loxem şəhəri yaxınlığında tikilməkdə olan körpü uçub.

News24.az xəbər verir ki, bu barədə yerli hakimiyyət “X” sosial şəbəkəsində məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

“Körpünün tikintisi zamanı insident baş verib”, - məlumatda bildirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Mehriban Mirzəzadə