Türkiyədə evin divarı uçdu: Ölənlər var
    • 3-06-2022, 11:58
    • 229

Türkiyədə evin divarı uçdu: Ölənlər var

Türkiyənin Qaziantep vilayətində şiddətli fırtına səbəbindən tikilməkdə olan evin divarı uçub.

News24.az xəbər verir ki, vilayətin Araban rayonunda baş verən hadisə nəticəsində 2 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.

Yaralı olan 3 uşağın xəstəxanada müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma başlanılıb./Unikal.org/