-
- 21-02-2024, 23:50
- 731
Azərbaycanlı kriminal avtoritet ABŞ-a ekstradisiya edildi
Kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham edib.
Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çexiyada order əsasında həbs edilib.
Çexiyanın ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-a ekstradisiyası haqqında qərar imzalayıb.