Bir ayda 13 uşağa Polad, 2 uşağa Xudayar adı verilib
    • 4-02-2023, 23:27
    • 272

Bir ayda 13 uşağa Polad, 2 uşağa Xudayar adı verilib

Bu ilin yanvar ayında Azərbaycanda Polad və Xudayar adı verilən uşaqların sayı açıqlanıb.

Cari ilin əvvəlindən bu günə qədər 13 uşağa Polad, 2 uşağa Xudayar adı verilib.

Son illər ölkəmizdə Polad və Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 196 uşağa Polad, 73 uşağa isə Xudayar adı verilib.
/Unikal/