-
- 22-02-2024, 12:01
- 212
Çempionlar Liqasında Pepedən rekord
Çempionlar Liqasının son 16 turunun ilk oyununda "Portu" doğma meydanda "Arsenal"la üz-üzə gəlib.
News24.az xəbər verir ki, qolsuz keçən ilk hissədən sonra ikinci 45 dəqiqənin böyük hissəsi eyni hesabla keçib və əlavə vaxtda Portu fərqlənib.
90+4-cü dəqiqədə Qalenonun qolu ilə 1:0 önə keçən meydan sahibləri ikinci görüş öncəsi üstünlüyü əldə edərək meydanı qələbə ilə tərk ediblər.
"Porto"da çıxış edən Pepe bu matçdan sonra yeni rekorda imza atıb.
Qeyd edək ki, “Arsenal”la matça ilk 11-də başlayan 40 yaşlı futbolçu Nəhənglər Liqasının son 16 turunda meydana çıxan ən yaşlı futbolçu olub.
2018/19 mövsümünün yarısında "Beşiktaş"dan ayrılan Pepe "Porto" ilə anlaşıb.
Bu mövsüm 23 matçda meydana çıxan təcrübəli futbolçu 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
Günel Məlikzadə