-
- 22-02-2024, 16:30
- 187
"WhatsApp" yeni funksiyasını təqdim edib
Məşhur tətbiq "WhatsApp" yeni istifadəyə verilən mətn redaktə xüsusiyyəti ilə gündəmə gəlib. Beləliklə, əvvəllər kifayət qədər xaotik görünən ardıcıl mesajlar sabit bir sıraya girərək daha başa düşülən hala gətiriləcək.
News24.az xəbər verir ki, elementləşdirmə və nömrələmə kimi yeni funksiyaları aktivləşdirmək üçün müəyyən simvollardan istifadə etməlisiniz. Məsələn, yeni element əlavə etmək üçün əvvəlcə – işarəsini sıxmalı və sonra aralarında boşluq qoymalısınız.
İstifadəçilərin uyğunlaşması üçün vaxt aparacağı gözlənilən bu yenilik, tətbiqə daha rəsmi bir atmosfer qatacaq kimi görünür. Bir müddətdir istifadə etdiyimiz qalın və kursiv kimi müxtəlif formalara əlavə olunacaq bu xüsusiyyətlərlə istifadəçilər yazdıqlarını daha yaxşı fərdiləşdirə biləcəklər. Bu yolla hər kəsin özünəməxsus yazı tərzinin olacağı iddia edilir.
Mətn redaktə xüsusiyyətinin xüsusilə korporativ və təhsil məqsədləri üçün WhatsApp qruplarına böyük fayda gətirəcəyi gözlənilir.
Bu yeniləmənin tətbiqdəki kanallar bölməsi üçün də gələcəyi bildirilir. Bu baş verərsə, markalar tərəfindən mütləq geniş şəkildə istifadə ediləcəyini söyləyə bilərik. Uzun mətnlərin oxunmasını xeyli asanlaşdıracaq bu yeniliyin milyonlarla insanın istifadə etdiyi tətbiqdə istifadəçi təcrübəsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracağı təxmin edilir.
"Android, iOS, Mac və PC" daxil olmaqla bütün platformalar üçün gələcək bu xüsusiyyətlərə hazırda daxil ola bilməyəcəklərini söyləyən istifadəçilər yeniləmə quraşdırılana qədər gözləməlidirlər.
Günel Məlikzadə