Leyla Lətifovaya vəzifə verildi
    • 22-02-2024, 20:13
    • 150

Leyla Lətifovaya vəzifə verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Lətifova gətirilib. 

Onun bu ilin fevral ayından İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi işə başladığı bildirilir. 

Qeyd edək ki, L.Lətifova 5 ildir ki, həmin qurumun ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib.