Murad Əhmədova vəzifə verildi
    • 13-02-2024, 11:02
    • 263

Murad Əhmədova vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azerbaijan International Telecom" MMC-nin (AzInTelecom) Marketinq şöbəsinə yeni rəhbər təyin edilib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Murad Əhmədov gətirilib. Onun bu ilin fevralından Marketinq şöbəsinin direktoru kimi işə başladığı bildirilir. 

Qeyd edək ki, M. Əhmədov 2023-cü ildə "AzInTelecom"un Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri təyin edilmişdi.