6000 mAh batareya və sərfəli qiymət
    • 22-02-2024, 18:09
    • 161

6000 mAh batareya və sərfəli qiymət

ABŞ sanksiyalarının kölgəsində işini davam etdirən "Huawei" uzun müddətdir gündəmdə olan "Huawei Enjoy 70z" modelini nümayiş etdirib.

News24.az xəbər verir ki, Huawei Enjoy 70z-in ölçüləri 168,3 mm x 77,7 mm x 8,98 mm və çəkisi 199 qramdır. Bundan əlavə, telefon HD + təsvir ölçülü (1600 x 720 piksel) 6,75 düymlük LCD ekrana malikdir. Cihazın ekran-gövdə nisbəti 90,26 faiz ətrafındadır.

Ön tərəfdə 8 meqapiksellik selfi kamerası olsa da, arxada 13 meqapiksellik əsas və 2 meqapiksellik dərinlik sensorundan ibarət ikili kamera qurğusu var.

8 GB RAM ilə yanaşı, cihaz 128 GB və 256 GB daxili yaddaş seçimlərinə malikdir. Bundan əlavə, məhsulun HarmonyOS 4.0 əməliyyat sistemini qutudan kənarda işlədəcəyini qeyd etməliyik. 22,5 Vt sürətlə doldura bilən 6000 mAh batareya ilə təchiz ediləcək.

Günel Məlikzadə