Tamamilə suya davamlı telefon
    • 20-02-2024, 14:45
    • 166

Tamamilə suya davamlı telefon

Huawei-nin yaxın zamanda təqdim ediləcək yeni qatlana bilən telefon modeli Huawei Pocket 2-nin canlı görüntüləri ilə ortaya çıxıb. Təbii ki, cihazın rəng variantları və bəzi xüsusiyyətləri də açıqlanıb. 

News24.az xəbər verir ki, dünən yeni qatlana bilən telefonunun təqdimat tarixini açıqlayan "Huawei" görünür hazırlıqları tamamlayıb. Fevralın 22-də Huawei Pocket 2-ni nümayiş etdirəcək şirkət, təqdimata qədər xüsusiyyətləri və dizaynını sirr kimi saxlaya bilməyıb.

Yayılan görüntülərdən bənövşəyi, qara və ağ rəng seçimlərində olacağını öyrəndiyimiz Huawei Pocket 2-nin arxa tərəfində iki dairəvi deşik var. Bu mənzillərdən birində kameralar yerləşdiyi halda, digərində ikinci dərəcəli ekran gizlədilir. Bu ekran qatlana bilən telefonla müqayisədə kifayət qədər kiçik olsa da, cihazın ümumi dizaynını çox yaxşı tamamladığını söyləyə bilərik. Dizayn qanadına qayıdaraq, qapağın üzərindəki formaların Huawei Pocket 2-yə çox uyğun gəldiyini nəzərdən qaçırmaq olmaz.

Qeyd edək ki, Kirin 9000S çipsetindən güc alacaq Pocket 2 korpusda 4520 mAh batareya daşıyacaq. Bu batareya üçün 66 Vt sürətli şarj dəstəyi də təqdim edəcək qatlana bilən telefon 12 GB RAM yaddaşı ilə təchiz ediləcək. Harmony OS 4 əməliyyat sistemi ilə işləyəcək "Pocket 2" saxlama üçün 512 GB-lıq böyük bir yer təklif edəcək. Tamamilə suya davamlı bir quruluşa sahib olan "Pocket 2" yan tərəfə quraşdırılmış barmaq izi sensoru da gətirəcək.

Dəri, şüşə və plastik də daxil olmaqla bir çox arxa qapaq dizaynı ilə gəldiyi iddia edilən "Huawei Pocket 2" üçün hələlik söyləməli olduğumuz xəbərlər bunlardır. 

Günel Məlikzadə