"Təklif edirəm ki, cərimənin məbləği artırılsın”. - Deputat
    • 23-02-2024, 13:14
    • 112

"Təklif edirəm ki, cərimənin məbləği artırılsın”. - Deputat

"Təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edirəm".

News24.az-ın məlumatına görə, bu təklifin müəllifi Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. 

O, əlavə edib ki, gün ərzində təcili yardıma daxil olan 3000 müraciətin 30 %-i yalan çıxır:

“Nəzərə alınmalıdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım olan bir vaxta yalan çağırışlar ehtiyacı olan şəxslərin təcili yardımla vaxtında təminatına imkan vermir, vaxt itkisinə səbəb olur. Aidiyyəti qurumlar belə halların qarşısında çarəsiz qalıb. nzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.


Fərid Azəri