140 gündə 29 min 514 can itkisi
    • 23-02-2024, 14:25
    • 104

140 gündə 29 min 514 can itkisi

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 140 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

News24.az xəbər verir ki, açıqlamada İsrailin son 24 saatda 104 fələstinlini öldürdüyü, ümumi can itkisinin isə 29 min 514-ə yüksəldiyi bildirilib.

Bildirilib ki, son hücumlarda 160 fələstinli yaralanıb, yaralıların ümumi sayı 69 min 616-ya yüksəlib.

Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının, mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Günel Məlikzadə