Acun Ilıcalı Almaniyada televiziya kanalı aldı
    • 23-02-2024, 16:27
    • 104

Acun Ilıcalı Almaniyada televiziya kanalı aldı

Media maqnatı və Hull City-nin sahibi Acun Ilıcalı Almaniyanın SPORT1 idman kanalının səhmlərinin əlli faizini alıb.

News24.az İsveçrənin “Highlight Communications” media qrupunun verdiyi rəsmi açıqlamaya istinadən xəbər verir ki, SPORT1 səhmlərinin 50 faizinin 30 milyon avroya ACUNMEDYA-ya satıldığı bildirilib.

Acunmedya tərəfindən istehsal olunan idmanla bağlı reallıq formatları gələcəkdə SPORT1 kanalında yayımlanacaq. İddialara görə, uyğunlaşdırılması gözlənilən ilk istehsal 'Exatlon' olacaq.

Günel Məlikzadə