Bayden Navalnayanın adını qarışdırdı
    • 24-02-2024, 17:49
    • 169

Bayden Navalnayanın adını qarışdırdı

Bayden Yuliya Navalnayanın adını qarışdıraraq onu “Yolanda” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə  “BILD in Russian” Telegram kanalı məlumat yayıb.

Yuliya və Daria Navalnı ilə görüşdən sonra Ağ Ev rəhbəri qısa şərh verib. Çıxışının əvvəlində Bayden səssiscə Navalnaya “Yolanda” deyib.

“Sabah biz Putinə qarşı sanksiyaları elan edəcəyik. Və mənə bir şey aydın oldu: Yolanda ərinin başladığı mübarizəni davam etdirəcəkdi. Ona görə də biz təslim olmuruq”, - deyə o bildirib.

Mehriban Mirzəzadə