Aleksey Navalnının cəsədi anasına verildi
    • 24-02-2024, 21:51
    • 190

Aleksey Navalnının cəsədi anasına verildi


Aleksey Navalnının cəsədi anası Lyudmilaya verilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Navalnının mətbuat katibi Kira Yarmış deyib.

"Navalnının cəsədi anasına verildi. Lyudmila İvanovna Salekhardda olarkən", - Kira Yarmış "X"də yazıb.

O, yaxın vaxtlarda dəfn mərasiminin olacağını qeyd edib.

Qeyd edək ki, Navalnı fevralın 17-də həbsxanada ölüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölümünün səbəbləri ilə bağlı araşdırma hələ də davam edir.