Navalnının cəsədi itdi
    • 17-02-2024, 21:23
    • 490

Navalnının cəsədi itdi

Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədi itib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, barədə Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

O qeyd edib ki, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə məlumat verilib:

"Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Onların morqunda Alekseyin cəsədi yoxdur”.

Qeyd edək ki, fevralın 16-da Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.