Navalnının həyat yoldaşından daha bir AÇIQLAMA
    • 19-02-2024, 16:09
    • 397

Navalnının həyat yoldaşından daha bir AÇIQLAMA

Aleksey Navalninin sözçüsü Kira Yarmış Navalninin anası və vəkillərinin meyitxanaya girməsinə icazə verilmədiyini bildirib. Onun cəsədinin orada olub-olmadığını açıqlamayıb. 

News24.az xəbər verir ki, Navalninin mətbuat katibi açıqlamasında deyib: “Alekseyin anası və vəkilləri səhər tezdən morqa gəliblər. Onlara içəri buraxılmayıb. Vəkillərdən biri sözün əsl mənasında qovulub. Zabitlərdən Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda, cavab verməyiblər. İstintaq Komitəsi ana və vəkillərə Navalnının ölümü ilə bağlı istintaqın uzadıldığını bildirib. Nə qədər vaxt aparacağını demədilər. Ölümün səbəbi hələ də "naməlumdur". “Onlar yalan danışır, özlərinə vaxt qazanırlar və hətta bunu gizlətmirlər".

Onu da bildirək ki, Navalninin həyat yoldaşı Yuliya Navalnaya Avropa İttifaqının Xarici Əlaqələr Şurasının bu gün keçiriləcək iclasında iştirak edəcək.

Günel Məlikzadə