Navalnının orqanizmində ölümcül maddə tapıldı - Almaniyaya aparılır
    • 21-08-2020, 10:09
    • 683

Navalnının orqanizmində ölümcül maddə tapıldı - Almaniyaya aparılır

Çay içdikdən sonra zəhərləndiyi bildirilən və koma vəziyyətində reanimasiyaya yerləşdirilən Rusiyalı müxalifət lideri Aleksey Navalnının səhhəti haqda yeni məlumat yayılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov A.Navalnının orqanizmində ölümcül maddəyə rast gəlindiyini açıqlayıb. 

Bildirilib ki, təyyarə gecə saatlarında Almaniyanın Nürnberq şəhərindən yola düşüb. Onun Berlində “Şarite” klinikasına yerləşdiriləcəyi bildirilib.

Siyasətçinin mətbuat katibi Kira Yarmış qeyd edib ki, həkimlər müxtəlif bəhanələr gətirərək A.Navalnının aparılmasına şərait yaradmırlar.