Lukaşenko: Paşinyan tələsib
    • 25-02-2024, 13:29
    • 260

Lukaşenko: Paşinyan tələsib



Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.

News24.az Lent.az-a istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.