Ronaldoya yenidən hücum etdilər
    • 25-02-2024, 14:23
    • 250

Ronaldoya yenidən hücum etdilər

“Əl-Nəsr “və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni fotosunu yayımlayıb.

News24.az Lent.az-a istinadən bildirir ki, fotoda futbolçu idman zalında oğlu ilə ayaqyalın dayanaraq gövdəsini açıb.

Bir çox abunəçiləri Ronaldonun sol ayağındakı qara boyalı dırnaqları təəccübləndirib.

Bununla belə, “Bild”in məlumatına görə, Kriştiano ayaq dırnaqlarını yalnız tibbi məqsədlər üçün rəngləyir. O, idmançı kimi çox vaxtını tərli idman ayaqqabısı və çəkmələrində keçirir və xüsusi örtük qoruyucu təbəqə yaradaraq çatların və küfün qarşısını alır.