1 həftədə135 min insan köç etdi
    • 27-02-2024, 14:00
    • 155

1 həftədə135 min insan köç etdi

Konqo Demokratik Respublikasında (KDR) ordu ilə üsyançı qruplar arasında qarşıdurmalar səbəbindən bir həftə ərzində təxminən 135 min adam Qoma bölgəsinə köç edib.

News24.az xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) verdiyi açıqlamada DRC-dəki qarşıdurmaların mülki şəxslərə mənfi təsir göstərdiyi bildirilib.

Qeyd edək ki, insanların bölgədə aclıq səbəbindən həyatını itirməsindən narahat olduqları bildirilib və qarşıdurmalar səbəbindən ərzaq məhsullarının əldə edilməsində çətinliklərin olduğu, ərzaq qiymətlərinin artması qeyd edilib.

Günel Məlikzadə