Konqoda sel fəlakəti: 394 ÖLÜ
    • 8-05-2023, 08:56
    • 198

Konqoda sel fəlakəti: 394 ÖLÜ

Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətinin Kalehe bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı artır.

News24.az xəbər verir ki, Kalehe bölgəsinin idarəçisi Tomas Bakenqa seldə həyatını itirənlərin sayının 394-ə yüksəldiyini açıqlayıb.

Konqo Demokratik Respublikasında milli matəm günü elan ediləcəyi bildirilib. 

Həmçinin Kivu gölünün digər tərəfində yerləşən Ruandada sel və torpaq sürüşmələri nəticəsində ən az 131 adam həyatını itirib. /NTV Türkiye/