-
- 19-02-2024, 16:22
- 179
"Qərbin Navalnı ilə bağlı açıqlamaları qəbuledilməzdir"
Paytaxt Moskvada aktual problemlərlə bağlı jurnalistlərə açıqlamalar verən Peskov Navalnının həbsxanada ölməsi məsələsinə toxunub.
News24.az xəbər verir ki, "Navalnının cənazəsi ailəsinə nə vaxt veriləcək" sualına Peskov belə cavab verib:
"Bizi bu məsələ maraqlandırmır. Bu, prezident administrasiyasının funksiyası deyil".
Navalnının ölümü ilə bağlı istintaq prosesi ilə bağlı Peskov, "Proses davam edir. Bununla əlaqəli bütün lazımi prosedurlar həyata keçirilir. İstintaqın nəticələri ictimaiyyətə açıqlanmadığından, hələki heç nə məlum deyil" deyib.
Peskov Qərb ölkələrinin Navalnının ölümü ilə bağlı Rusiya rəhbərliyinə qarşı açıqlamalar verdiyinə diqqət çəkib və belə davam edib:
"Məlumat olmayanda açıq-aşkar kobud ifadələr səsləndirmək qətiyyən yolverilməzdir. Belə bəyanatlar səsləndirən dövlət adamlarına bu yaraşmır. Təbii ki, bu bəyanatlar prezidentə zərər verə bilməz, Lakin bu, açıqlama verənlər üçün heç də xoş deyil".
Peskov Putinin Navalnının ölümünə hər hansı bir reaksiya vermədiyini bildirib.
Günel Məlikzadə