-
- 27-02-2024, 16:41
- 380
ABŞ-ın Rusiya xəbərdarlığı
ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bəyan edib ki, ABŞ-ın xarici maliyyə qurumlarına sanksiya tətbiq etmək hədəsi Rusiya ilə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstan kimi ölkələr arasında maliyyə axınını əhəmiyyətli dərəcədə dəyişib.
News24.az xəbər verir ki, "Reuters" agentliyinə müsahibəsində Adeyemo bildirib ki, ABŞ Maliyyə Nazirliyinin əldə etdiyi məlumatlara, o cümlədən maliyyə qurumlarının hesabatlarına əsasən, ABŞ-ın dekabr ayında verdiyi prezident fərmanından sonra beynəlxalq fondların Rusiyaya doğru hərəkəti azalıb.
ABŞ prezidentinin dekabrda verdiyi fərmanla Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalardan yayınmasına kömək edən üçüncü ölkələrin maliyyə qurumlarını sanksiyalarla hədələmişdi.
Adeyemo, "Görə bildiyim məlumatlarda maliyyə axınlarında bir fərq aşkar etdim. Onlar yəqin ki, qurumlar tərəfindən bloklanır" dedi.
Adeyemo, "Mən də (əməliyyatları) təqib edən bəzi qurumlardan Rusiya ilə bütün əməliyyatlarda daha ehtiyatlı davrandıqlarını eşitdim. Bizim istədiyimiz də budur" dedi.
Günel Məlikzadə