Hüquq müdafiəçisi həbs edildi
    • 27-02-2024, 18:04
    • 142

Hüquq müdafiəçisi həbs edildi

Memorial İnsan Haqları Təşkilatının direktoru Oleq Orlov Rusiyada müharibə əleyhinə bəyanatlarına görə 2 il 6 ay həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada bu gün keçirilən məhkəmə prosesində Ukraynadakı müharibə ilə bağlı müxalif açıqlamalar verdiyi iddia edilən Memorial İnsan Haqları Təşkilatının direktoru Oleq Orlov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təşkilatın bəyanatında deyilir: 

"Həmkarımız, dostumuz və yoldaşımız indi dəmir barmaqlıqlar arxasındadır, bu o deməkdir ki, biz səylərimizi daha da birləşdirməliyik, indi uğrunda mübarizə aparacaq daha çox insanımız var. Orlovu ucadan həqiqəti dediyi üçün həbs ediblər. O, müharibədən, Rusiya dövlətinin törətdiyi cinayətlərdən danışıb. Orlovun səsi çoxlarımızın səsidir. Bu, hüquq müdafiəçilərinin, fəalların, Rusiya və dünya vətəndaşlarının səsidir. O, təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”.

Günel Məlikzadə