LG, Bosch və Sony Rusiya bazarını tərk etdi
    • 27-02-2024, 18:15
    • 396

LG, Bosch və Sony Rusiya bazarını tərk etdi

Rusiyada LG, Bosch və Sony şirkətlərinin qalan mağazaları bağlanmağa başlayıb.

News24.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

"İndiyədək xarici istehsalçıların pərakəndə tərəfdaşları ev sahiblərinin cərimələrindən yayınmaq üçün mağazaları bağlamayıblar", - məlumatda qeyd olunub.

Bəzi mağazalar anbar tükənənə qədər yaya qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edilir ki, icarə müqaviləsinin müddəti bitdiyi üçün mağazalar bağlanmağa başlayıb və müqavilə pozulsa, brendlər cərimə ödəməli olacaqlar.

Bildirilir ki, bağlanan şirkətlərin mağazalarının yerində artıq Türkiyə və Çindən tədarükçülər üçün satış məntəqələri açılır. Belə ki, Afimall City ticarət mərkəzində fevral ayında bağlanan LG və Sony mağazalarının yerinə Türkiyənin Grundig mağazasının açılması planlaşdırılır. NF Group-un pərakəndə daşınmaz əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyeva bildirib ki, Çin və digər ölkələrdən gələn mallar bazarı tərk edən oyunçuları asanlıqla əvəz edəcək.

Mehriban Mirzəzadə