Azərbaycanda evdə partlayış, ana və qızı...
    • 28-02-2024, 11:26
    • 617

Azərbaycanda evdə partlayış, ana və qızı...

Quba rayonunun Talabıqışlaq kəndində fərdi yaşayış evində partlayış baş verib.

News24.az APA-ya istinadən bildirir ki, partlayış nəticəsində həmin evdə yaşayan Humay Əliyeva və qızı Şükran Atayeva müxtəlif dərəcəli xəsarətlərlər alıb. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. Hazırda fakt araşdırılır.